Sabirabadda avtomobil betona çırpıldı, bir nəfər ÖLDÜ

Sabirabadda avtomobil  betona çırpıldı,  bir nəfər ÖLDÜ<span class="qirmizi"></span>

Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-nın Mil-Muğan bürosuna istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

“VAZ 2106” markalı avtomobil beton dirəyə çırpılıb.

Nəticədə avtomobildə olan sərnişin - Sabirabad rayonunun Türkədi kənd sakini, 2001-ci il təvəllüdlü Şəmmədov Bəybala Əli oğlu hadisə yerində ölüb.

Avtomobildə olan digər 2 nəfər Sabirabad Rayon Xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az