Qohumlar arasında atışma - yaralananlar var

Qohumlar arasında atışma - yaralananlar var<span class="qirmizi"></span>

Türkiyənin Diyarbəkir şəhərində məhəllələrin birində qohumlar arasında xəsarətlə nəticələnən kütləvi dava baş verib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Bağcılar məhəlləsində 3 bloklu binanın girişində baş verib. Qohumlar arasında borc üstündə düşən dava silahlı atışmaya çevrilib. Oraya daxil olan avtomobilə atəş açılıb. Atışma zamanı 3 nəfər yaralanıb. Yaralılara tibbi yardım göstərilib. Əraziyə polis gəlib və 8 nəfər saxlanılıb. Hadisə yerindəm 2 ədəd tüfəng və güllə götürülüb.

Ramil

Mənbə: www.unikal.org