Avtomobil qadını piyada keçidində vurub

Avtomobil qadını piyada keçidində vurub<span class="qirmizi"></span>

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində avtomobil yolunu piyada keçidində keçən 1978-ci il təvəllüdlü Mikayılova Aybəniz Yusif qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az

Mənbə: news.milli.az