Təbrizdə fabrikdə böyük yanğın baş verdi

Təbrizdə fabrikdə böyük yanğın baş verdi<span class="qirmizi"></span>

Təbriz-Tehran yolunda yerləşən qida sənayesi fabrikində dəhşətli yanğın meydana gəlib.

Axar.az xəbər verir ki, yanğın nəticəsində fabrikə ciddi maddi zərər dəyib.

Hadisə yerinə cəlb edilən Yanğından Mühafizə İdarəsinin qüvvələri yanğının digər bölmələrə də yayılmasının qarşısını ala biliblər.

Hadisə nəticəsində ölən və yaralananlar olmayıb. Hazırda yanğının baş vermə səbəbi araşdırılır.

Mənbə: axar.az