Maliyyə Nazirliyi məhkəməyə verildi - SƏBƏB

Maliyyə Nazirliyi məhkəməyə verildi - <span class="qirmizi">SƏBƏB</span>

Maliyyə Nazirliyi məhkəməyə verilib.

Gundem.az xəbər verir ki, nazirlik barəsində Mirimov Xaspolas Osman oğlu iddia qaldırıb. İddia mülki işlərlə bağlıdır. Belə ki, X. Mirimovun əmlakına həbs qoyulub. İddianın da məhz həmin həbsi ləğv etdirmək üçün irəli sürüldüyü deyilməkdədir. İddia mülki işlərlə bağlıdır.

Qeyd edək ki, X. Mirimov Qida Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşıdır. O, paytaxtın Nəsimi rayonunda yoxlama nəzarət şöbəsinin həkimi olub. Həkim işlədiyi vaxtlarda rayon ərazisində “leş ət” satışı ilə məşğul olub. Belə ki, adıçəkilən şəxs yararsız ət satılan qəssabxanalarla əlbir şəkildə qanunsuz ət satışını həyata keçirib.

Buna görə də o, saxlanılaraq həbs edilib. Lakin X.Miriomov apelyasiya şikayəti əsasında bəraət hökmü alıb və azadlığa buraxılıb.

Mənbə: gundem.az