Bakıda arvadını öldürən qısqanc ər hakim qarşısında

Bakıda arvadını qətlə yetirməkdə təqsirli bilinən Saməddin Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Ölkə.Az" xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rahib Salmanovun icraatına verilib.

Qeyd edək ki, martın 13-də Xəzər rayonu Binə qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Ülviyyə Həsənovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1987-ci il təvəllüdlü Saməddin Həsənovun qısqanclıq zəminində aralarında yaranan münaqişə zamanı Ülviyyə Həsənovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Saməddin Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Olke.az

ƏVVƏLKİ XƏBƏR

Rus hərbçiləri panikada Krıma qaçır

SONRAKI XƏBƏR

AB bayrağı Ukrayna parlamentinə gətirildi - VİDEO