Motosikletin səsinə əsəbləşdi, sürücüsünü güllələdi

Rusiyanın Volxov şəhərində rayon özəl mühafizə şöbəsinin əməkdaşları motosikletçinin sinəsinə atəş açan avtomobil sürücüsünü saxlayıb.

Milli.Az bildirir ki, bu haqda Rusiya Qvardiyasının Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsi məlumat verib.

Məlumata görə, cümə axşamı, iyunun 30-da gecə yarısı Volxovski prospektindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında atışma səsləri eşidilib və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gedib. Məlum olub ki, yerli sakin motosiklet mühərrikin səsindən narahat olub, bundan sonra onu avtomobillə təqib etməyə başlayıb. Motosikletçi torpaq yolda idarəetməni itirərək dayananda narazı şəxs avtomobildən düşərək "Osa" markalı travmatik tapançadan motosikletçiyə atəş açıb.

Daha sonra zərərçəkən xəstəxanaya yerləşdirilib, saxlanılan şəxs isə polisə təhvil verilib. Onun barəsində cinayət işi açılıb.

Rusiya Qvardiyasının region üzrə Baş İdarəsinin Lisenziyalaşdırma və İcazə Mərkəzinin məlumatına görə, hadisəni törədən şəxs "qanuni olaraq odlu silaha sahib olub". Hazırda tapancanın qanunsuz istifadə faktı ilə bağlı araşdırma aparılır.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Peruda evlərində oturan insanlar torpaq sürüşməsinin qurbanı oldular – ANBAAN VİDEO

SONRAKI XƏBƏR

Qəzaya uğrayan təyyarədəydi: 10 gün sonra sağ tapıldı