Xaçmazda "Moskviç" TIR-la toqquşub aşdı, ölən var - VİDEO

Xaçmazda "Moskviç" TIR-la toqquşub aşdı, ölən var - VİDEO<span class="qirmizi"></span>

Xaçmaz-Xudat yolunda ölümlə nəticələnən ağır qəza olub.

Lent.az xəbər verir ki, hadisə təxminən 1 saat əvvəl baş verib. Minik avtomobili TIR-la toqquşaraq aşıb. Nəticədə 1 nəfər dünyasını dəyişib.

Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, bu gün günorta saatlarında Xaçmaz rayonu ərazisində "İJ-227" (Moskviç) markalı avtomobil TIR-la toqquşub. Məlumata görə, qəzaya səbəb minik avtomobilinin manevretmə zamanı səhvə yol verməsi olub.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Mənbə: lent.az