Boşanmaq istəyən arvadını öldürdü, qaynını yaraladı sonra isə...

Arvadını öldürüb qaynını yaraladı sonra isə intihar etdi.

"Ölkə.Az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Ankarada baş verib. 34 yaşlı Tülay Ərdəm 2019-cu ildə ailə həyatı quraraq Konyada yaşamağa başlayan 41 yaşlı əri Tunç Ərdəmdən ayrılmaq qərarına gəlib. Bu səbəbdən qadın Ankarada yaşayan ailəsinin yanına qayıdıb və boşanmaq üçün məhkəməyə müraciət edib.

Bu gün keçiriləcək məhkəmə prosesi üçün Ankaraya gələn əri Tunç Erdem həyat yoldaşının valideynləri ilə birlikdə yaşadığı binanın qarşısına gəlib.

Binanın qarajının girişində gözləyən Ərdəm həyat yoldaşı və onunla birlikdə çölə çıxan qaynı İbrahim Gökekinlə mübahisə etməyə başlayıb.

Mübahisə zamanı Ərdem üzərində gəzdirdiyi silahını çıxararaq həyat yoldaşına və qaynına atəş açıb. Bacı-qardaş qan içində can verərkən Ərdəm maşınına minərək hadisə yerindən uzaqlaşıb.

Hadisə yerindən təxminən 1 kilometr uzaqlaşdıqdan sonra həmin silahla özünü vuraraq ihtihar edib.

Hadisə şahidlərinin xəbərindən sonra həmin ünvana polis və təcili yardım həkimləri gəlib. Hər iki yaralı xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.

Olke.az

ƏVVƏLKİ XƏBƏR

Rayon xəstəxanasında qadına səhv diaqnoz qoyuldu - Xərçəng şişlərini görmədilər

SONRAKI XƏBƏR

"Marsel" klubu baş məşqçisi ilə yollarını ayırıb