Şəkidə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Şəkidə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var<span class="qirmizi"></span>

Şəkidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Baş Küngüt kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Baş Küngüt kənd sakini, 42 yaşlı Cəfər Əliyevin idarə etdiyi avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü C.Əliyev və onun sərnişini, 28 yaşlı Şahin Əliyev əsarət alıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Mənbə: report.az