Məşhur kurortda üç metrlik timsah kişini öldürdü

Məşhur kurortda üç metrlik timsah kişini öldürdü<span class="qirmizi"></span>

ABŞ-da məşhur kurortda iri timsah bir adamın üzərinə atılaraq onu öldürüb.

Milli.Az bildirir ki, bu barədə "Metro" məlumat yayıb.

Hücum iyunun 24-də Cənubi Karolina ştatının Mertl Biç şəhərindəki qolf klubunda baş verib. Polis öyrəndi ki, günorta saatlarında kişi gölün yanında gəzintiyə çıxıb. Amerikalı suyun kənarında dayananda üç metrlik timsah ona hücum edib. Timsah kişini tutdu və suya çəkdi.

Təcili yardım xidməti hadisə yerinə gələndə kişi artıq ölmüşdü. Hücumdan qısa müddət sonra ştatın Təbii Sərvətlər Departamentinin rəsmiləri və ovçular timsahı ələ keçirdilər və onu yerindəcə öldürdülər.

Cənubi Karolina səlahiyyətlilərinə görə, bu, 2020-ci ilin may ayından bəri ilk ölümcül alligator hücumu idi. Ştatda təxminən 100 min alligator yaşayır, lakin yerli bioloqların fikrincə, onlar nadir hallarda insanlara hücum edirlər.

İrfan Vəliyev
Milli.Az

Mənbə: news.milli.az