Azərbaycanlı mer etirazçıları qəbul etdi

Gürcüstanın Marneuli rayonundakı Nəriman Nərimanov küçəsində 26 iyun tarixində eyvanın uçması nəticəsində qəza baş verən binanın sakinləri bu gün şəhər meriyası qarşısında etiraz aksiyası keçiriblər.

Publika.az xəbər verir ki, onlar qəzadan sonra yerli qurumları binada təhlükəsizilik tədbirlərinin və təmir bərpa işlərinin aparılmasını tələb ediblər.

Meriya qarşsında baş verən müyyən gərginlikdən sonra, bələdiyyə meri Kənan Ömərov sakinlərlə görüşüb.

Görüşdən sonra sosial media hesabında açıqlama verən K. Ömərov, mövcud problemlərin aradan qaldırılması üçün danışıqlar aparıldığını bildirib:

 

"İyunun 26-da baş vermiş bədbəxt hadisə ilə bağlı, bina sakinləri ilə keçirilən görüşlərim intensiv şəkildə davam edir. Mənim üçün onların ehtiyaclarını şəxsən dinləmək və problemin həlli yollarını onlarla birgə müzakirə etmək çox önəmlidir. Qeyd edim ki, Meriya vətəndaşların maraqlarını təmin etmək üçün öz səlahiyyətləri çərçivəsində hər şey edir. Təəssüflər olsun ki, müxtəlif destruktiv qruplar baş vermiş faciəvi hadisə ilə qəsdən manipulyasiya edirlər. Burada qeyd edim ki, ekspertizanın tövsiyələrinə uyğun olaraq vətəndaşların ehtiyacları maksimum şəkildə nəzərə alınacaq", - deyə K. Ömərov qeyd edib.

Xatırladaq ki, Marneulidə Nəriman Nərimanov küçəsində 26 iyun tarixində eyvanın uçması nəticəsində qəza baş verən binanın sakinləri, binanın bütün eyvanlarının, dam örtüyünün və zirzəmisinin qəzalı vəziyyətdə olduğunu, bu səbəbdən də yerli qurumlardan təcili tədbirlər görülməsini tələb edirlər.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Bu gün "Bakılılar günü" qeyd edilib

SONRAKI XƏBƏR

Gürcüstan səfiri niyə istefa verib? - Müəmmalı durum