Azərbaycanda xəstəxanada ƏMƏLİYYAT: saxlanılanlar var

Azərbaycanda xəstəxanada ƏMƏLİYYAT:  saxlanılanlar var<span class="qirmizi"></span>

Saatlı rayon Mərkəzi Xəstəxanasında əməliyyat keçirilib, bir neçə vəzifəli şəxs saxlanılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, əməliyyat Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən aparılıb.

İlkin məlumata görə, əməliyyat zamanı xəstəxananın 4 vəzifəli şəxsi saxlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a faktı nə təsdiq, nə təkzib ediblər. Bildirilib ki, məsələ ilə bağlı ictimaiyyətə geniş açıqlama veriləcək.

Mənbə: lent.az