Argentinada təyyarə qəzaya uğradı - 4 nəfər öldü

Argentinanın Rio-Qrande şəhərinin hava limanında göyərtəsində tibb işçilərinin olduğu təcili yardım təyyarəsi qəzaya uğrayıb.

"Unikal"ın xəbərinə görə, bu barədə Todo Noticias telekanalı məlumat yayıb .

Təyyarə Buenos-Ayresdə müalicə olunan uşağı Tierra del Fueqo əyalətinin ən böyük şəhərinə çatdırıb, sonra geri uçub. Təyyarədə iki pilot, bir həkim və bir tibb bacısı olub.

İlkin məlumatlara görə, təyyarə havaya qalxarkən hava limanının yaxınlığında yerləşən binalardan biri ilə toqquşub. Hadisə ilə əlaqədar hava limanı müvəqqəti bağlanıb.

 

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Casus saxlanıldı - 50-dən çox erməni vətənə xəyanət edib

SONRAKI XƏBƏR

Xaçmazda dənizdə batan şəxsin meyiti tapılıb - Yenilənib