Xaçmazda dənizdə batan şəxsin meyiti tapılıb - Yenilənib

Xaçmazda dənizdə batan şəxsin meyiti tapılıb - Yenilənib<span class="qirmizi"></span>

"Report"un Şimal bürosunun məlumatına görə, Niyazoba kəndində dənizdə batan 1999-cu il təvəllüdlü Aydəmirov Famil Habil oğlunun cansız cəsədi rayon ərazisindəki çimərlikdən tapılıb.

F.Aydəmirovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Hadisənin səbəbi araşdırılır.

Mənbə: pia.az