Bakıda məktəbin həyətində qıza sataşan şəxs bıçaqlanıb

Bakıda məktəbin həyətində qıza sataşan şəxs bıçaqlanıb<span class="qirmizi"></span>

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Kamran Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.


Qeyd: Hadisə 2021-ci ilin oktyabr ayının 1-i saat 15:30 radələrində paytaxtın Xətai rayon 64 nömrəli tam orta məktəbinin həyətində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü təqsirləndirilən Kamran Məmmədov tanışı, yetkinlik yaşına çatmayan, 2005-ci il təvəllüdlü Vahiq Qasımovu (ad, soyadı şərti) bıçaqlayıb.

Hadisəyə səbəb Vahiq Qasımovun Kamran Məmmədovun 272 saylı orta məktəbdə tanışı olan qıza sataşması və onun arxası ilə danışması səbəb olub.
Daha sonra Kamran Məmmədov saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilib.


O, Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham olunur.

Mənbə: pravda.az