Sabiq deputatın maşınına hücum edib yandırdılar

Sabiq deputatın maşınına hücum edib yandırdılar <span class="qirmizi"></span>

Hadisə, gecə saat 03.25 radələrində İstanbulun Maltepe ərazisində baş verib.

“Ölkə.Az” “haber7”yə istinadən xəbər verir ki, AKP-nin Nevşehirdən olan sabiq millət vəkili Mahmud Dədənin iş yerinin qarşısında dayanan maşınına molotof kokteyli ilə hücum edilib. Molotov kokteylinin atılması nəticəsində maşın yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb, avtomobilə maddi ziyan dəyib. Araşdırma zamanı avtomobilin arxa şüşəsinin daşla sındırıldığı və qırılan yerdən avtomobilin içinə molotof kokteyli atıldığı müəyyən edilib. Polis hücumu həyata keçirən şəxs və ya şəxslərin tutulması istiqamətində fəaliyyətə başlayıb.

Sabiq deputat Mahmut Dədə baş verən hadisəni terror aktı hesab edib.

Mürtəza
Ölkə.Az

Mənbə: olke.az