"Google" abort klinikasına gedənlərin yer məlumatlarını siləcək

"Google" abort klinikasına gedənlərin yer məlumatlarını siləcək<span class="qirmizi"></span>

ABŞ-ın texnologiya şirkəti "Google" abort klinikalarına gedənlərin yer məlumatlarını siləcəyini açıqlayıb.

Sonxeber.az Guardian-a istinadən xəbər verir ki, bu barədə "Google" un vitse-prezidenti Cen Fitzpatrik məlumat yayıb. Bundan əlavə, doğum klinikalarına, narkomaniyaya qarşı müalicə mərkəzlərinə və arıqlama klinikalarına edilən müraciətlər də yer məlumatları keçmişindən silinəcək.
Qeyd edək ki iyunun 24-ü ABŞ Ali Məhkəməsi abortu təməl hüquq olmaqdan çıxarandan sonra 16 ştatda abort qadağan edilib.
Şəbnəm Lətifi

 

 

 

Mənbə: sonxeber.az