Dərman preparatlarını corabında gizlədərək keçirmək istədi - VİDEO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Moderator.az-a verilən xəbərdə bildirilir ki, daxil olmuş əməliyyat məlumatına əsasən Istanbul-Bakı aviareysi ilə gələn 3 Azərbaycan Respublikası vətəndaşı nəzarətə götürülüb. Yoxlama otağına dəvət olunan vətəndaşlardan birinin üzərində şəxsi yoxlama zamanı sol ayağındakı corabın içindən 5 ədəd “Gemtu 1000 mg/10 ml” və sağ ayağındakı corabın içindən 5 ədəd “Gemtu 1000 mg/10 ml”, həmçinin belindəki karsetin altından gizlədilmiş şəkildə “İrontu 100 mg/5 ml”, “Gemtu 1000 mg/10 ml”, “Docetu 80 mg/4 ml” markalı olmaqla, ümumilikdə 85 ədəd dərman preparatları aşkar edilib.

Bundan sonra onunla birgə daha iki şəxsin eyni üsulla, bellərində olan karsetin içərisində gömrük nəzarətindən gizlədilməklə ölkə ərazisinə gətirilən “Gemtu 1000 mg/10 ml”, “İrontu 100 mg/5 ml” və “Docetu 80 mg/4 ml” markalı olmaqla 130 ədəd dərman preparatı aşkarlanıb. Ümumilikdə, 3 nəfər şəxsin ölkə ərazisinə qanunsuz yolla gətirmək istədiyi dərman preparatlarının sayının 215 ədəd olduğu müəyyənləşib.

 

 

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Payıza doğru karantin sərtləşdirilə bilər: Həkimdən xəbərdarlıq - FOTO

SONRAKI XƏBƏR

Azərbaycan bu il taxıl istehsalında rekordu təzələyəcək - RƏSMİ