Özbəkistanda iğtişaş törədənlər saxlanıldı

Özbəkistanda iğtişaş törədənlər saxlanıldı<span class="qirmizi"></span>

 

Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasının paytaxtı Nukus şəhərində iğtişaş törətməkdə təqsirli bilinən şəxslər saxlanılıb.

Bizim.Media “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Qaraqalpaq Muxtar Respublikasının Parlamenti, hökuməti və Daxili İşlər Nazirliyinin birgə bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, həmin şəxslər regionun hakimiyyət orqanlarını ələ keçirməyə cəhd göstəriblər. Tutulanların əksəriyyətinin iğtişaşların təşkilatçısı olduğu, hüquq-mühafizə orqanlarına aktiv müqavimət göstərdiyi bildirilir. Hazırda onların barəsində müvafiq istintaq hərəkətləri aparılır.

“Xarici qüvvələrin məqsədyönlü məlumatların yayılması və cari hadisələrin təhrif edilməsi yolu ilə Qaraqalpaqda vəziyyətin inkişafına təsir göstərmək cəhdləri narahatlıq doğurur”, - deyə ölkə hakimiyyətinin bəyanatında bildirilib.


Bundan əvvəl Özbəkistan DİN ölkə Konstitusiyasına düzəlişə etiraz olaraq iyulun 1-də Nukus şəhərində qanunsuz mitinq keçirildiyi barədə məlumat yaymışdı.

Bizim.Media

Mənbə: bizim.media