Burun əməliyyatı etdirən 50 yaşlı pasiyent dövlət xəstəxanasında ÖLDÜ – “Nakoz artıq verilib” - ÖZƏL

Burun əməliyyatı etdirən 50 yaşlı pasiyent dövlət xəstəxanasında ÖLDÜ – “Nakoz artıq verilib” - ÖZƏL<span class="qirmizi"></span>

Xəbər verildiyi kimi Bakı şəhərində 50 yaşlı Əhməd Kazımov burun əməliyyatı zamanı dünyasını dəyişib. Onun özəl xəstəxanalardan birində əməliyyat olunması bildirilsə də, xəstəxananın adı açıqlanmamışdı. Qohumlarının iddiasına görə, Əhməd Kazımov həkim səhlənkarlığı nəticəsində vəfat edib.

Bizim.Media ölüm hadisəsinin təfərrüatlarını araşdırıb. Məlum olub ki, Əhməd Kazımov iyunun 30-da M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında əməliyyata götürülüb. Amma əməliyyat başlamamış xəstə dünyasını dəyişib.


Bu barədə saytımıza danışan Biləsuvar rayonunun Amankənd kənd sakini Şaiq Məmmədovun sözlərinə görə ölümə səbəb xəstəyə normadan artıq narkozun verilməsi olub:

“Səhhətində hər hansı problemi olmayıb. Qohumlarının iddiasına görə Əhməd Kazlmov əməliyyata götürüləndə narkozu çox verilib. Ekspertizanın cavabı hələki 10 gün sonra açıqlanacaq.

Hər halda ölümün konkret səbəbi də o zaman məlum olacaq. Bu yaxınlarda Əhməd öz övladını da həmin xəstəxanada burun əməliyyatına aparmışdı. Rahat və inandığı üçün özü də ora müraciət etdi”, - deyə kənd sakini əlavə edib.
Qeyd edək ki, Tibbi Ərazi Bölmələrinin idarəetmə Birliyi (TƏBİB) Əhməd Kazımovun ölüm səbəbi ilə bağlı rəsmi məlumat verməyib.

Alçina Amilqızı, Bizim.Media

Mənbə: bizim.media