Erməni hərbi qulluqçu İrəvanda universitetə hücum edib

Erməni hərbi qulluqçu İrəvanda universitetə hücum edib<span class="qirmizi"></span>

 

İyunun 27-də İrəvan Dövlət Universitetinin təhlükəsizlik işçisi K.Hayk Ermənistan polisinə zəng edib və bildirib ki, həmin gün saat 06:00 radələrində naməlum şəxs Alek Manukyan küçəsi 1 ünvanında yerləşən İDU-nun Fizika fakültəsinin giriş qapısının şüşəsini sındırıb. Ordu.az-ın məlumatına görə, erməni polislər müəyyən ediblər ki, adıçəkilən şəxs Armavir bölgəsi sakini, 26 yaşlı M.Artaşesdir.

Qeyd olunur ki, o, sərxoş vəziyyətdə olaraq fizika fakültəsinin giriş qapısının şüşəsini, eləcə də universitetin yanında yerləşən ərazidəki qəhvə maşınının şüşəsini sındırıb, maddi ziyan vurub.

Məlumata görə, M.Artaşes Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmət edir.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az