Dəhşətli qəzada ölən Orxanla Sona tələbə imiş...

Dəhşətli qəzada ölən  <span class="qirmizi"> Orxanla Sona tələbə imiş...</span>

Ötən gecə Göygöl rayonunda dəhşətli qəzada ölən ərlə arvadın tələbə olduğu müəyyənləşib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, "Vaz 2107" markalı avtomobilin "Daf" markalı TIR-ın zərbəsinə tuş gəlməsi nəticəsində həlak olan 1994-cü il təvəllüdlü Orxan Hümbətov və həyat yoldaşı 1996-cı il təvəllüdlü Sona Hümbətova Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində təhsil alıblar. Onlar "Rabitə avadanlıqlarının qurlaşdırıcısı" ixtisasının 1 ci kurs tələbələri olublar.

Qeyd edək ki, 6 nəfərin öldüyü qəzada Orxanla Sonanın azyaşlı uşağı İbrahim də həlak olub. Hadisə nəticəsində ölən şəxslər Göygöl rayonunun Hacıkənd qəsəbəsi istiqamətində istirahətə gediblərmiş.

Milli.Az

Mənbə: news.milli.az