Gürcüstanda ard-arda iki dəfə zəlzələ baş verib

Gürcüstanda ard-arda iki dəfə zəlzələ baş verib<span class="qirmizi"></span>

 

Tbilisi, 2 iyul, AZƏRTAC

İyulun 2-də Gürcüstan ərazisində ard-arda iki dəfə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilir ki, birinci zəlzələ yerli vaxtla saat 12:24-də Rusiya - Gürcüstan sərhədi yaxınlığında 4,0 bal gücündə olub.

İkinci yeraltı təkan isə saat 12:28-də Laqodexi bələdiyyəsinin Zemo Xeçili kəndi yaxınlığında 3,1 maqnitudada qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Amma Rusiya-Gürcüstan sərhədində baş verən zəlzələdən bölgədə torpaq sürüşməsi qeydə alınıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Mənbə: azertag.az