Serbiya-Macarıstan sərhədində atışma olub

Serbiya-Macarıstan sərhədində atışma olub.

"Report" xəbər verir ki, bu barədə Serbiyanın RTS telekanalı məlumat yayıb.

Sərhəd yaxınlığındakı Subotiça şəhərinin kənarında miqrantlar arasında atışma nəticəsində bir nəfər ölüb, daha yeddi nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, atışma miqrantlar arasında qaçaqmalçılıq zəminində yaranan mübahisə zəminində baş verib.

Subotiça şəhərinin meri Stevan Bakiç yerli sakinləri əmin edib ki, onların həyatı üçün təhlükə yoxdur.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Kəşfiyyatımız İrəvan və Xankəndidə... - Ermənilər niyə təşvişə düşüb?

SONRAKI XƏBƏR

Neftin bir bareli 380 dollara yüksələ bilər