Qadın satıcını dişlədi

Rusiyada Moskva vilayətində 20 yaşlı rusiyalı qadın mağazadan yemək oğurlamaqda ittiham olunub.

Milli.Az bildirir ki, bu barədə "Podmoskovye seqodnya" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, qız paltarının altında yemək gizlədib, lakin ticarət mağazasını tərk etməyə vaxt tapmayıb və onu kassada satıcı qadın saxlayıb. Eyni zamanda oğru da təslim olmayıb, ona müdaxilə edən işçini vurub və onun əlindən dişləyib. Hadisə yerinə gələn polis cinayətkarı həbs edib. O, cinayətə pulunun olmaması ilə deyil, maraq ucbatından getdiyini izah edib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci ("Soyğunçuluq") maddəsi ilə cinayət işi başlanıb.

İrfan Vəliyev
Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Meymun çiçəyi xəbərdarlığı: Yoluxanların 99 %-i kişilərdir

SONRAKI XƏBƏR

Mozambikli deputat: Azərbaycana səfərim zamanı bu gözəl ölkənin sürətli inkişafı məni heyrətə saldı