Hindistanda daşqın qurbanlarının sayı 173 nəfərə çatıb

Hindistanın Assam əyalətində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 173-ə çatıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, daşqınlara güclü musson yağışları səbəb olub, bunun nəticəsində Brahmaputra çayı qolları ilə birlikdə sahillini basıb.

Həmçinin Manipur əyalətində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb, daha 20 nəfərin meyiti tapılıb.

İndiyədək 40 nəfərin taleyi ilə bağlı heç nə məlum deyil.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Neftin bir bareli 380 dollara yüksələ bilər

SONRAKI XƏBƏR

A Seriyasında ilk qadın hakim