Mingəçevirdə it sahibini PARÇALADI

Mingəçevirdə it sahibini PARÇALADI<span class="qirmizi"></span>

Mingəçevirdə qonağına hücum edən itinin qarşısını almaq istədi, amma iti onun özünü parçaladı.

"Unikal"-ın məlumatına görə hadisə Günəşli bağlar yaşayış massivi 5-ci döngədəki fərdi təsərrüfatlardan birində baş verib. 1967-ci il təvəllüdlü ev sahibi Zülfiyə Abdyllayeva evinə qonaq gələn qonağını öz həyət itinin hücumundan qorumaq istədiyi zaman özü itinin qurbanına çevrilib. Hər iki qol nayihəsi it tərəfindən dişlənərək parçalanan qadın dərhal xəstəxanaya çatdırılıb.

Ehtiram Muradov

Mənbə: www.unikal.org