3 gün əvvəl dövlətə xəyanətə görə həbs edilən rusiyalı alim öldü

Novosibirsk Dövlət Universitetinin (NSU) kvant optik texnologiyaları laboratoriyasının rəhbəri, alim Dmitri Kolker xərçəng xəstəliyindən vəfat edib.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Mash Sibir” teleqram kanalı məlumat yayıb. Bildirilir ki, alim xərçəngin dördüncü mərhələsi üçün müalicə alırdı.

O, iyunun 30-da Kolker xəstəxanadan çıxarılaraq Moskvadakı Lefortovo istintaq təcridxanasına aparılıb. Bu gün yaxınlarına bildirilib ki, iyulun 2-də Dmitri Kolker xəstəxanada dünyasını dəyişib.

Bundan əvvəl Novosibirsk şəhərinin Sovet Rayon Məhkəməsi Dmitri Kolkeri dövlətə xəyanətdə ittiham edərək həbs edib. O, Çin kəşfiyyatına dövlətin məxfi məlumatlarını verməkdə ittiham olunub.

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

“PUTİN STRATEJİ MƏĞLUBİYYƏTƏ DÜÇAR OLUR...” – “O, özünü küncə qısnayıb”

SONRAKI XƏBƏR

50-yə yaxın kimyaterapiya alan Toppuş bacı: "Xərçəng bütün bədənimə yayılıb" - VİDEO