Rusiya-Ukrayna qanlı savaşı: Lisiçansk şəhəri itirilə bilər, Belqorod atəş altındadır...

Rusiya-Ukrayna qanlı savaşı:   <span class="qirmizi">Lisiçansk şəhəri itirilə bilər, Belqorod atəş altındadır...</span>

Rusiya mənbələri Lisiçansk şəhərinin tam "mühasirəyə allnması və ələ keçiirilməsi" barədə elan edib.

Moderator.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün "Telegram-kanal"ında yazıb.

Sübut olaraq rusiyalılar şəhərin mərkəzində qırmızı bayrağın ucaldılmasının videogörüntülərini paylaşıb. Bunun harada baş verdiuini dəqiq müəyyən etmək, hələlik, çətindir.

Xatırladaq ki, məsələn, Mariupol üzərində tam nəzarətin ələ keçirilməsi barədə Kadırov 20 dəfədən çox bəyan edib.

Ukrayna tərəfi bu məlumatı təkzib edib. "RBK-Ukraina" nəşrinin məlumatına görə, Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisçenko bəyan edib:

"İyulun 2-nə ola vəziyyətə görə, heç bir təhlükə yoxdur. Bu barədə, şübhəsiz, ruslar bütün kanallarda yalan məlumat yayır. Gəlin, xatırlayaq, onlar Severodonetsk ətrafında 2 min nəfərin mühasirədə olduğunu deyirdilər. Yəni bu, yalan və saxta məlumatlar strategiyanın davamıdır, məqsəd də bizim insanların əsəb keşirməsinə, Rusiyada isə daha çox insanın sevinməsinə nail olmaqdır.

Ukrayna mediasının məlumatlarına görə, Lisiçanskda şiddətli döyüşlər davam edir.

Ukrayna qoşunları şəhərin bir hissəsinə nəzarət edir.

Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı mühasirəyə düşməmək üçün şəhəri tərk edəcəklərini də istisna etmir.

Bu arada isə Rusiyanın Belqorod şəhərində güclü partlayışlar baş verib, dağıntılar və zərərçəkənlər var.

Bu barədə özünün "Telegram-kanal"ında Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov yazıb.

Onun məlumatına görə, şəhər üzərində hava hücumundan müdafiə işə düşüb, evlər zədələnib, üç nəfər həlak olub, daha bir neçə nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.

Yerli sakinlər sosial şəbəkələrdə partlayış və dağıntıların foto və video materiallarını paylaşıb.

Bir qədər sonra qubernator məlumatı dəqiqləşdirib. 11 nəfər zərər çəkib, çoxmənzilli evlərdə dağıntılar var, 39 şəxsi ev zədələnib, onlardan 5-i tamamilə dağılıb.

Belqorod şəhəri ilk dəfə deyil ki, zərbələrə məruz qalır. Bu şəhər Ukraynanın Xarkov vilayəti ilə həmsəthəddir.

Müharibənin əvvəlində Ukrayna helikopterləri şəhərdə yerləşən neft bazasına raket zərbələri endirib.

Mənbə: moderator.az