Marneulidə silahlı insident: ölən var

Marneulidə silahlı insident: ölən var<span class="qirmizi"></span>

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneulidə ölümlə nəticələnən silahlı insident baş verib.

Axar.az xəbər verir ki, hadisə Marneulidə restoranlardan birinin ərazisində baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, orta yaşlı kişi naməlum şəxs tərəfindən güllələnib.

Məlumata görə, güllələnən şəxs yerindəcə keçinib.

Hadisəni törədən şəxs isə ərazidən qaçıb.

Mənbə: axar.az