Kopenhagendə atışma: yaralılar var

Danimarkanın paytaxtı Kopenhagendə ticarət mərkəzində bir neçə nəfər güllələnib.

Axar.az xəbər verir ki, bu barədə Danimarka polisi Tvitterdə məlumat yayıb.

"Hələ də hadisə yerində araşdırma gedir, atışma olub və bir neçə nəfər yaralanıb", - mesajda deyilir.

Daha sonra polis şübhəli şəxsin həbs olunduğunu bildirsə də, heç bir təfərrüat barədə məlumat verilməyib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Qaribaşviliyə verilən ultimatumun vaxtı uzadıldı

SONRAKI XƏBƏR

Nazirlər bir-biri ilə yarışdı - Fotolar