Məşhur televiziya ulduzu Bodrumda qəzaya düşdü - sevgilisi öldü

Məşhur televiziya ulduzu Bodrumda qəzaya düşdü - sevgilisi öldü<span class="qirmizi"></span>

İngiltərənin məşhur televiziya ulduzu Yazmin Oukhellou və sevgilisi Jake Robert Maklin Muğlanın Bodrum rayonunda qəzaya düşüb.

"Unikal" xəbər verir ki, dəhşətli qəzadan sonra Maklin ölüb, Yazmin Oukhellou isə ağır yaralanıb və xəstəxanaya aparılıb.

Səhər saatlarına doğru Yalıkavak - Bodrum yolunda baş verən qəzada Bodrum Prospekti Değirmenaltında hərəkət edən avtomobil sürücüsü Maklinin idarəsindən çıxaraq dərəyə aşıb. Aşan avtomobilin başı açıq günəş qoruyucu qapağından çıxan Britaniya vətəndaşı 33 yaşlı Ceyk Maklin hadisə yerində dünyasını dəyişib.

Onun avtomobildə olan sevgilisi, britaniyalı televiziya ulduzu, 28 yaşlı Yazmin Oukhellou ağır yaralanıb. Yaralı təcili yardımla rayondakı özəl xəstəxanalardan birinə aparılıb. Həyatını itirən İngilis vətəndaşı Maklinin cənazəsi yarılma üçün Muğla Ədli Tibb Qurumuna göndərilib.

Qəzadan xəsarətlə sağ çıxan Yazmin Oukhellounun İngiltərədə yayımlanan “The Only Way Is Essex” serialında rol aldığı öyrənilib. Yazmin Oukhellounun müalicəsi xəstəxanada davam edir.

Ceyk Maklinin İngiltərədə tanınmış şəxsdir.

Mənbə: www.unikal.org