Moped avtomobilə çırpıldı, yaralı var

Moped avtomobilə çırpıldı, yaralı var<span class="qirmizi"></span>

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisə zamanı 1 nəfər ağır xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Sarayevo küçəsində baş verib.

“Kia” markalı avtomobil yol ayrıcında qəflətən yola çıxıb. Həmin vaxt hərəkətdə olan Elşən Fətəliyev idarə etdiyi mopedlə “Kia”ya çırpılıb. Zərbənin təsirindən E. Fətəliyev bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb.

Yaralı ağır vəziyyətdə 3 saylı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları avtotexniki ekspertiza təyin ediblər.

Mənbə: lent.az