Rusiyada 30 000 hektar meşə yanır

Rusiyada 30 000 hektar meşə yanır<span class="qirmizi"></span>

Rusiyalı yanğınsöndürənlər ötən sutka 22 000 hektar ərazidə meşə yanğınlarını söndürüblər.

Lent.az-ın xəbərinə görə, bu barədə Meşələrin Mühafizəsi üzrə Federal Agentlik məlumat verib.

Qeyd edilib ki, ötən sutka ərzində ümumi sahəsi 22 223 hektar ərazidə 71 meşə yanğını söndürülüb. Son saata olan məlumata görə, Federasiya ərazisində 30 770 hektar sahədə 117 aktiv meşə yanğını davam edir. Ən ağır vəziyyət Yakutiyadadır.

Mənbə: lent.az