Aeroportda qədim heyvanlara aid 16 diş müsadirə edildi

Aeroportda qədim heyvanlara aid 16 diş müsadirə edildi<span class="qirmizi"></span>

Rusiya polisi Yakutiyada 16 ədəd mamont dişinin qanunsuz daşınmasının qarşısını alıb.

Lent.az xəbər verir ki, bu barədə Yakutiya Prokurorluğu məlumat yayıb.

Məlumatda göstərilir ki, Tiksi qəsəbəsinin aerodromunda ümumi kütləsi 100 kiloqramdan çox olan 16 ədəd mamont dişinin daşınmasının qarşısı alınıb. Bu əşyalar müsadirə edilərək Yakutiya Respublikasının mülkiyyətinə verilib. Aşkar edilmiş dişlər tarixi və elmi əhəmiyyət daşıyır.

Mənbə: lent.az