Azərbaycanda bu rayonda kəndlər sel suları altında qaldı - FOTO

Azərbaycanda bu rayonda kəndlər sel suları altında qaldı -   <span class="qirmizi">FOTO</span>

Ötən gün axşamdan etibarən yağan güclü leysan yağışı nəticəsində Zaqatala rayonunun Muxax, Mamrıx, Lahıc və Bəhmətli kəndləri sel suları altında qalıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, yağış suları adıçəkilən kəndlərin təsərrüfatlarına və həyətyanı sahələrinə dolub.

Güclü sel nəticəsində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Lahıc və Bəhmətli kəndləri ərazisindən keçən hissəsində yol bağlanıb.

Əraziyə aidiyyatı qrumların əməkdaşları cəlb olunub.

 

Mənbə: report.az