Rusiya hərbçiləri psixonevroloji internat məktəbini atəşə tutdu... -3 xəstə yaralandı...

Rusiya hərbçiləri bazar günü axşam Sumı vilayətindəki Atinsk psixonevroloji internat məktəbini atəşə tutub, üç xəstə yaralanıb.

Moderator.az xəbər verir ki, bu haqda məlumatı "Facebook"da Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Dmitri Jivitski paylaşıb.

“Axşam saat 20.00-da ruslar Atinsk psixo-nevroloji internat məktəbinin ərazisini və binalarını minaatanlardan atəşə tutmağa başladılar. Yarım saatdan sonra artilleriyadan atəşə tutdular. inzibati bina və yataqxana dağıldı. Ən azı üç nəfər yaralanıb - bunlar mülki şəxslər, internat məktəbinin pasientləridir. Hazırda xəstəxanadadırlar"-deyə D.Jivitski bildirib.

VHA rəhbəri əlavə edib ki, gün ərzində ruslar bölgəyə 230-dan çox mina və müxtəlif çaplı mərmilər atıblar...

Sultan Laçın

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

“Babam ermənilərin zülmlərinə dözməyib intihar etdi, məzarı iki dəfə itirildi...”

SONRAKI XƏBƏR

Kiçik hesabları olmayan böyük adam