Füzulidə elektrik mühəndisi faciəli şəkildə ÖLDÜ

Füzulidə elektrik mühəndisi faciəli şəkildə ÖLDÜ<span class="qirmizi"></span>

İyulun 3-ü saat 11 radələrində Füzuli rayonu, Qazaxlar kəndi ərazisində 1958-ci il təvəllüdlü Mikayıl Nəsirovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub .

Füzuli rayon prokurorluğundan "Unikal"a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, Füzuli suvarma sistemləri idarəsinin elektrik mühəndisi vəzifəsində işləyən Mikayıl Nəsirov qeyd edilən kənd ərazisində yerləşən su quyusunun motorunu təmir edərkən elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

Mənbə: www.unikal.org