Ukraynada 3 rus agenti SAXLANILDI

Ukraynanın cənubunda Silahlı Qüvvələrin mövqelərində kəşfiyyat aparan 3 rus agenti saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzində məlumat verilib.

Aşkar edilmiş agent şəbəkəsi Ukraynada kəşfiyyat və təxribat fəaliyyəti həyata keçirmək üçün Rusiya Federasiyasının xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən yaradılıb.

"Nikolaiv vilayətində keçirilən xüsusi əməliyyat zamanı 3 rus genti saxlanılıb. Onlar Silahlı Qüvvələrin bölmələrinin döyüş mövqelərini və hərəkətlərini, həmçinin regionda mühüm strateji infrastruktur obyektlərinin geolokasiyalarını kəşf ediblər. Cinayət əməllərini ört-basdır etmək üçün Cinayəti törədənlər yaxın qohumlarını və digər yerli sakinləri xəbərçi kimi cəlb ediblər”, - deyə xüsusi xidmətdən bildirilib.

Gülayə Mecid

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Qayınatasını və qayınanasını güllələyib öldürdü - Xaçmazdakı qətlin təfərrüatı - FOTO

SONRAKI XƏBƏR

Çavuşoğlu: “TBMM-dən keçmədiyi halda ölkə NATO-ya qəbul edilə bilməz”