Qayınatasını və qayınanasını güllələyib öldürdü - Xaçmazdakı qətlin təfərrüatı - FOTO

Qayınatasını və qayınanasını güllələyib öldürdü - Xaçmazdakı qətlin təfərrüatı - <span class="qirmizi">FOTO</span>

Qayınanasını və qayınatasını güllələyərək öldürməkdə təqsirli bilinən Rəhman Osmanovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

"Ölkə.Az" xəbər verir ki, hadisə Xaçmaz rayonunun Ləcət kəndində qeydə alınıb.
Kənd sakini 1974-cü il təvəllüdlü Rəhman Osman oğlu Osmanov ov tüfəngi ilə qayınanası və qayınatasına atəş açıb.

1963-cü il təvəllüdlü Sona Aslan qızı Yunusova hadisə yerində ölüb, Beykəs Mirzəcan oğlu Yunusov isə təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun da həyatını xilas etmək mümkün olmayıb.

Cinayəti törətməkdə şübhəli bilinən Rəhman Osmanov könüllü polisə gələrək təslim olub.
İş üzrə dindirilmiş Rəhman Osmanov ifadəsində bildirib ki, 1999-cu ildən qeyri-rəsmi Ləcət kənd sakini Könül Yunusofa ilə yaşayıb. Onların qızları ailə həyatı qurub və hazırda qonşu kənddə yaşayır.

2020-ci il avqustun 23-də evdə olmadığı vaxt qayınanası Sona Yunusova oğlıu ilə birlikdə evinə gəlib ondan xəbərsiz arvadını öz evlərinə aparıblar.

Bununla əlaqədar qaynı Cavidə dəfələrlə zəng etsədə sonuncu zənglərə cavab verməyib. Bir neçə gün Könülün geri qayıtmasını gözləyib amma o, evə qayıtmayıb. Ona görədə bu məsələyə bir dəfəlik son qoymağı qərarlaşdırıb. Əsas günahkarlar qayınatası, qayınanası və qaynı olub. Həmin şəxslər daim onun işlərinə qarışaraq ailəsini dağıtmağa çalşıblar.
Rəhman bildirib ki, tüfəngin lüləsini kəsməkdə məqsədi onu çantada rahat daşımaq olub.
Sentyabrın 18-i gecə saat 3 radələrində içkili vəziyyətdə silahı və 8 ədəd patronu çantasına qoyub qayınatasının yaşadığı evə yollanıb. Evin qarşısında tüfəngi çantadan çıxarıb oturaraq bir neçə saat onların yuxudan oyanmasını gözləyib. Saat 6-da evin 2-ci mərtəbəsinə qalxaraq kiçik qaynı Firuzun yatdığı otağa keçib. Firuzu yuxudan oyadaraq bacısının harda olduğunu soruşub. O, xəbəri olmadığını deyəndən sonra yenidən həyətə düşüb. 1-ci mərtəbədə qalan arvadının valideynlərinin otağına daxil olub Könülün harda olduğunu soruşub. Onlar qızlarının başqa yerdə olduğunu söylədikdə hər iksinə iradını bildirib. Əvvəlcə qayınatasının sonrada qayınanasının sinəsinə yaxın məsafədən atəşlər açıb. Səsi eşidən arvadı otağa daxil olub və yerdə yıxılmış valideynlərini görüb. Bu vaxtı Firuz bacısı Könülə dərhal qaçmasını bildirib.
" Girdim içəri ikisində oyatdım yuxudan dedim çağırın Könülü. Qayınanam dedi ki, yoxdu burda Bakıya göndərmişəm qızımı. Əsəbləşdim buların sözlərindən. Qayınatam başladı mənə əl-qol atmağa. Məndə elə birinci kişini vurdum sorada arvadı. Hərəsinə bir güllə".
İfadəsinin davamında Rəham bildirib ki, evdən çıxaraq arvadının arxasınca gedib. Təxminən 60 metr aralıda böyük qaynı Cavidin yaşadığı evin yanına çatıb. Könül qaçaraq evə daxil olub və qapını arxadan bağlayıb. Rəhman cəhd eləsədə qapını aça bilməyib. Bundan sonra əlindəki silahdan evin pəncərəsinə iki dəfə atəş açıb. Həmin vaxt evdə Cavid onun arvadı uşaqları və Könül olub.

Bundan sonra hadisə yerindən uzaqlaşıb. Ləcət kənd Dəmir yol stansiyasına gedib orada qarşısına çıxan polis əməkdaşlarına silahı və qalan patronları təhvil verərək onlara törətdiyi hadisə barədə danışıb. Bir neçə dəqiqə sonra digər polis əməkdaşları gələrək onu polis bölməsinə aparıblar.

Şahid Könül Yunusova ifadəsində bildirib ki, yoldaşı Rəhmanın ona qarşı etsiyi zülmlərə tab gətirə bilməyib bir dəfəlik ayrılmaq qərarına gəlib. Telefonla anasına zəng edib həyatından bezdiyini belə gedişlə özünə qəsd edəcəyini söyləyib. Gəlib onu öz evlərinə aparmalarını xahiş edib. Onlarda gəib onu öz evlərinə aparıblar.

Sentysbrın 18-də səhər Rəhman onlara gələrək valideynlərini qətlə yetirib. O, hesab edib ki, qardaşı Cavidin evinə çatıb gixlənməsətdi yoldaşı onuda öldürəcəkdi.
Məhkəmə posesi zamanı Rəhman Osmanov ittiham üzrə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ən ağır cəza təyin olunmasını xahiş edib.

Sonda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəhman Osmanov CM-nin bir neçə maddəsi ilə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum olunub.

2022-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilib və ona ömürlük cəza təyin edilib.

 

Mənbə: olke.az