İcra Hakimiyyətinin qarşısında özünü yandırdı

İcra Hakimiyyətinin qarşısında  özünü yandırdı<span class="qirmizi"></span>

Şəmkir rayon İcra Hakimiyyətinin qarşısında intihara cəhd olub.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, Şəmkir rayonu, Yeni həyat kənd sakini, 26 yaşlı Həsənov İlham Yılmaz oğlu Şəmkir rayon İcra Hakimiyyətinin qarşısında özünə od vurub.

Onun intihara cəhdinin qarşısının alınıb, alov söndürülüb. Yanıq xəsarətləri alan İlham Həsənov xəstəxanaya yerləşdirilib.

İlham Həsənovun intihar cəhdinin səbəbləri araşdırılır.

Mənbə: lent.az