Yeni doğulmuş körpə 150 manata satıldı - Hindistanda

Hindistanın Odişa əyalətində polis bir ay yarımlıq körpənin valideynləri tərəfindən satışını aşkarlayıb.

"Unikal" "Hindistan Times"a istinadən xəbər verir ki, körpə 7000 hind rupisinə (təxminən 150 manat) satılıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, valideynlər cinayəti maddi vəziyyətinin son dərəcə pis olması səbəbindən törədiblər.

Bildirilib ki, uşaq onu satan ailəsinə qaytarılacaq.

Körpənin həm alıcıları, həm də satıcıları uşağı təhlükə altında qoyma və insan alveri maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Audiovizual Şura “Həmin Zaur” verilişinə görə ARB-yə XƏBƏRDARLIQ ETDİ

SONRAKI XƏBƏR

“Taliban” böyüklərlə azyaşlıların idman zalına birgə getmələrini qadağan edib