Azərbaycanlı dizaynerin "Şuşa" posteri Nyu-Yorkun məşhur MEYDANINDA - FOTO

Azərbaycanlı dizaynerin "Şuşa" posteri Nyu-Yorkun məşhur MEYDANINDA - FOTO<span class="qirmizi"></span>

Azərbaycanlı dizayner Nicat Qəribovun Şuşa ilə bağlı hazırladığı posteri ABŞ-ın Nyu-York ştatında, məşhur "Times Square" meydanında yayımlanıb.

BiG.AZ xəbər verir ki, bu barədə azərbaycanlı startapçı Orxan Rzayev "Graphic Design Azerbaijan" "Facebook" qrupunda, eləcə də özünün şəxsi səhifəsində bildirib.

Onun sözlərinə görə, ötən il adi sifarişçi olaraq cəhdləri uğursuz olsa da, bu dəfə "Mediamark" marketinq agentliyi adından müraciətlərinə müsbət cavab gəlib:

"Ötən aydan etibarən markertinq agentliyimiz ABŞ-da bilbord və monitorlarda reklam yayımlamaq hüququ əldə edib. Bundan istifadə edərək "Times Square"də Qarabağla bağlı poster yayımlamaq qərarına gəldik. Seçimi məhz bu qrupdan etdik və Nijat Garibovun posterini seçdik. Özünə də sürpriz oldu".

Natəvan Baxşiyeva

 

 

Mənbə: big.az