Conni Deppin qələbəsi ilə barışa bilmir

Conni Deppin qələbəsi ilə barışa bilmir<span class="qirmizi"></span>

Amerikalı aktrisa Ember Hörd məhkəmənin keçmiş həyat yoldaşı, Hollivud ulduzu Conni Depplə olan qərarını ləğv etməyi tələb edib.

Axşam.az xəbər verir ki, artıq aktrisanın vəkilləri məsələ ilə bağlı məhkəmədə vəsatət qaldırıblar.

İddianamədə Emberin reputasiyasına xələl gəldiyi əks olunub. Bundan başqa, aktrisa Conninin karyerasına xələl gətirən ittihamların olduğuna dair məhkəmədə kifayət qədər sübut təqdim etmədiyini bildirib.

Vəkillər həmçinin məhkəmə prosesində yer alan şəxslərdən bəzilərinin fiqur olduğunu iddia edib.

C.Deppin vəkili Ben Çu aktrisanın bu tələbinə reaksiya verib. "Bunu gözləyirdik. İndi bu proses daha da uzanacaq, lakin nəticənin dəyişməsi mümkün deyil" deyə, o, bildirib.

Qeyd edək ki, iyunun 2-də münsiflər heyətinin qərarı ilə Ember Conniyə qarşı böhtan atmaqda təqsirli bilinib və ondan keçmiş həyat yoldaşına 15 milyon dollar təzminat ödəməsi tələb olunub.

 

 

 

 

Mənbə: big.az