DƏHŞƏTLİ QƏZA: Mikroavtobus aşdı - 27 nəfər yaralandı

DƏHŞƏTLİ QƏZA:  Mikroavtobus aşdı - 27 nəfər yaralandı<span class="qirmizi"></span>

Türkiyədə kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus aşıb.

Manşet.az xəbər verir ki, qəzada dördü ağır olmaqla 27 nəfər xəsarət alıb.

Hadisə Mersinin Erdemli mahalında meydana gəlib.

İnsidentə əyləcin boşalması avtomobilin idarəetmədən çıxması səbəb olub.

Qəza zamanı xəsarət alanlar təcili yardım maşınları ilə Erdemli və Mersinin müxtəlif xəstəxanalarına yerləşdiriliblər.

Qəza ilə bağlı araşdırmalar davam edir.

Mənbə: manset.az