Britaniyalı aviasərnişinin zarafatı xüsusi hərbi əməliyyata səbəb oldu - VİDEO

Britaniyalı aviasərnişinin zarafatı xüsusi hərbi əməliyyata səbəb oldu - <span class="qirmizi">VİDEO</span>

“EasyJet” aviaşirkətinin təyyarəsində uçan sərnişinin göyərtədə bomba olduğu ilə bağlı uğursuz zarafatına görə İspaniyada xüsusi hərbi əməliyyat keçirilib.

18 yaşlı britaniyalı turist dostları ilə Qatvikdən (İngiltərə) Menorkaya (İspaniya) uçub. Uçuşdan əvvəl həmin şəxs sosial şəbəkələrdə göyərtədəki bomba ilə bağlı zarafat edib. İspaniya hava limanının dispetçer xidməti terror aktı ilə bağlı mesaja təyyarənin təyinat yerinə çatmasına təxminən bir saat qaldıqda cavab verib. Mülki Qvardiya dərhal xüsusi əməliyyat təşkil edib. Bu əməliyyata qırıcılar, həmçinin minaaxtaranlar, xüsusi təlim keçmiş itlər və digər mütəxəssislər cəlb olunub.

Təyyarə eniş etdikdən sonra hava limanının ayrılmış hissəsinə aparılıb. Mütəxəssislər göyərtədə axtarış aparıblar.

Britaniyalıya gəlincə, o, həbs edilib. Gənci bir neçə min funt sterlinq dəyərində cərimə gözləyir.

Mənbə: oxu.az