Bakıda piyadanı avtomobil vuraraq öldürdü

Bakıda piyadanı avtomobil  vuraraq öldürdü<span class="qirmizi"></span>

Bakının Nərimanov rayonu ərazisində yol qəzası qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Nəriman Nərimanov rayonu Ağa Nemətulla küçəsindəki hadisə ölümlə nəticələnib.

1991-ci il təvəllüdlü Əlihəsənov Ramiz Ramil oğlunu 77-BZ-419 dövlət nişanlı “Toyota Prius” markalı avtomobil vurub.

Piyada hadisə yerində ölüb.

Mənbə: lent.az