Rusiya sərhəddən sakinləri təxliyə edir?

Rusiyada özünü FHN əməkdaşları kimi təqdim edən şəxslər Belqorod vilayətinin sərhədyanı məntəqələrində yaşayan sakinlərə zəng edərək yaxın günlərdə məcburi təxliyə olunacaqları barədə məlumat veriblər.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın FHN-in Regional Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, sözügedən məlumatlar həqiqəti əks etdirmir.

Qeyd edək ki, Rusiya 3 iyulda Ukraynanın Toçka-U ilə Belqoroda zərbələr endirdiyini açıqlayıb. Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov zərbə nəticəsində 4 nəfərin öldüyü, 11 çoxmərtəbəli yaşayış binasına, 40 şəxsi tikiliyə ziyan dəydiyini açıqlayıb.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Ruslar Sumu atəşə tutdu: 6 nəfər yaralandı

SONRAKI XƏBƏR

Zmeynidə Ukrayna bayrağı qaldırılmayıb - Təkzib edildi