Vətən müharibəsi qazisi düşdüyü qəzadan üç gün sonra vəfat etdi - FOTO

Vətən müharibəsi qazisi düşdüyü qəzadan üç gün sonra vəfat etdi - <span class="qirmizi">FOTO</span>

Vətən müharibəsi qazisi Zeynalov İsgəndər Xalid oğlu avtomobil qəzası nəticəsində həlak olub.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə 3 gün öncə Keşlə qəsəbəsi ərazisində baş verib.

Yaralı xəstəxanaya çatdırılsa da, o, ötən gün müalicə aldığı tibb müəssisəsində dünyasını dəyişib.

Qeyd edək ki, İ.Zeynalov Vətən müharibəsində könüllü iştirak edib. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdu.

BAKU.WS

Mənbə: baku.ws